...

Azərbaycanda külli miqdarda narkotik vasitə məhv edilib

Hadisə Materials 20 İyun 2013 13:57 (UTC +04:00)
Azərbaycanda külli miqdarda yabanı halda bitmiş xaş-xaş və çətənə kolları yığılaraq məhv edilib.
Azərbaycanda külli miqdarda narkotik vasitə məhv edilib

Azərbaycan, Bakı, 20 iyun / Trend, müxbir İ.İzzət/

Azərbaycanda külli miqdarda yabanı halda bitmiş xaş-xaş və çətənə kolları yığılaraq məhv edilib.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Lerik Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Mistan kəndi ərazisindən yabanı halda bitmiş, çəkisi 10 ton olan 14000 ədəd xaş-xaş kolu yığılaraq məhv edilib.

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qullar kənd sakini Etibar Muğumova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 233 kiloqram 270 qram olan 176 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Sərxanbəyli kənd sakini Səid Quliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 18 kiloqram 250 qram olan 282 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti