...

Sabirabadda avtomobil dərəyə yuvarlandı, sürücü öldü

Hadisə Materials 9 İyul 2013 12:13 (UTC +04:00)
Sabirabad rayonunda avtomobil dərəyə yuvarlanıb, sürücü ölüb.
Sabirabadda avtomobil dərəyə yuvarlandı, sürücü öldü

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İ.İzzət/

Sabirabad rayonunda avtomobil dərəyə yuvarlanıb, sürücü ölüb.

Trend Cənub TV-yə istinadən xəbər verir ki, hadisə Hacıqabul Bəhrəmtəpə avtomobil yolunun 40-cı km-də, Sabirabad rayonunun Bulaqlı kəndi ərazisində qeydə alınıb.

Sabirabad rayonu Şəhriyar kənd sakini 62 yaşlı Abdullayev Ağazadə Məmməd oğlu idarə etdiyi "VAZ 21015" markalı avtomobillə Şirvan şəhərindən Sabirabad istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq dərəyə yuvarlanıb.

Nəticədə Abdullayev aldığı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib. Hadisənin dəqiq hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı Sabirabad Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti