...

Qətlə görə 12 ildir axtarışda olan Azərbaycan vətəndaşı Qazaxıstanda həbs edilib

Hadisə Materials 20 İyul 2013 13:29 (UTC +04:00)
Qətlə görə axtarışda olan Nadir Mehdiyev Qazaxıstanda tutulub.
Qətlə görə 12 ildir axtarışda olan Azərbaycan vətəndaşı Qazaxıstanda həbs edilib

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir İ.İzzət/

Qətlə görə axtarışda olan Nadir Mehdiyev Qazaxıstanda tutulub.

Trend Daxili İşlər Nazirlyinin rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Nadir Mehdiyev Qazaxıstan Respublikasının daxili işlər orqanları əməkdaşları tərəfindən Astana şəhərində tutulub. Onun respublikamıza ekstradisiya olunması üçün müvafiq tədbirlər görülür.

Qeyd edək ki, Nadir Mehdiyev Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən artıq 12 ildir ki, beynəlxalq axtarışa verilib.

Məlumata görə, 2001-ci ildən axtarışda olan 45 yaşlı Mehdiyev Nadir Mikayıl oğlu sifarişli qətl törətməkdə təqsirli bilinir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti