Azərbaycan, Bakı, 28 iyul /Trend/
Naməlum qüvvələr İraqdan Türkiyəyə neft ixrac edən kəməri partladıblar.
Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, 970 kilometr uzunluğundan olan kəmər İraqın Kərkük şəhərindən Türkiyənin Ceyhan şəhərinə neft nəql edir.
Məlumata görə, hadisə Mosul şəhəri ərazisində baş verib.
Qeyd edək ki, kəmərin təmiri 3 gün çəkəcək.