...

Salyanlı qadın Bakıda əxlaqsızlıq yuvası təşkil edirmiş

Hadisə Materials 5 Avqust 2013 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir İ.İzzət/

Salyan rayon sakini insan alveri faktı ilə əlaqədar saxlanılıb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Salyan rayon sakini Əsmət Kazımova saxlanılıb.

Əməliyyat zamanı Kazımovanın gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi və Bakı şəhəri Nizami rayonu ərazisindəki mənzilində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti