...

İranın dörd əyalətində sel və daşqınlar 80-dən çox kəndə ziyan vurub

Hadisə Materials 7 Avqust 2013 14:21 (UTC +04:00)
Derəxşan bildirib ki, Sistan və Bəluçistan əyalətinin Xaş şəhərində bir oğlan uşağı və Bəm şəhərində isə bir qız uşağı seldə boğularaq ölüb.
İranın dörd əyalətində sel və daşqınlar 80-dən çox kəndə ziyan vurub

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir T.Cəfərov/

Güclü yağış nəticəsində yaranmış daşqınlar və sel İranın Sistan və Bəluçistan, Kirman, Fars və Hörmüzqan əyalətlərində 80-dən çox kəndə və 15 qəsəbəyə ziyan vurub. Trend-in Fars xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Qırmızı Aypara cəmiyyətinin sözçüsü Hüseyn Derəxşan deyib.

Onun sözlərinə görə, bu əyalətlərdə xilasetmə əməliyyatlarını həyata keçirtmək üçün 40 xilasetmə briqadası cəlb olunub.

Derəxşan bildirib ki, Sistan və Bəluçistan əyalətinin Xaş şəhərində bir oğlan uşağı və Bəm şəhərində isə bir qız uşağı seldə boğularaq ölüb.

Sel evlərə, elektrik dirəklərinə, kənd təsərrüfatına və yollara ziyan vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti