...

Bir nəfər Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsinə düşüb

Hadisə Materials 14 Avqust 2013 14:50 (UTC +04:00)
Dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində Ş.Şahquliyevin cəsədi tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Bir nəfər Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsinə düşüb

Azərbaycan, Bakı, 14 avqust /Trend/

1 nəfər Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsinə (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 10 km məsafədə, nəzarət olunmayan ərazidə) düşüb. Trend-in məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Müəyyən olunub ki, çaya düşən 2002-ci il təvəllüdlü Şahin Ceyhun oğlu Şahquliyevdir.

Dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində Ş.Şahquliyevin cəsədi tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 13:02-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti