Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İ.İzzət/
Şəmkir rayonunun Dəllər-Cəyir və Dəllər-Cırdaxan kəndləri ərazisində güclü yanğın hadisəsi baş verib.
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, kəndlərin arasında yerləşən biçilmiş taxıl
sahəsindən başlayan alov qısa zamanda bütün ərazini bürüyüb. Alovun qarşısını almaq üçün əraziyə 3 yanğınsöndürən maşın cəlb olunub.
Şəmkir Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, ümumilikdə 5 hektar biçilmiş taxıl sahəsi, 4 hektar sahədə alaq otları, eləcə də 2 hektar meyvə bağı yanıb. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.