Azərbaycan, Bakı, 11 sentyabr /Trend/
Mingəçevirdə balıqçı boğulub.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Mingəçevir şəhərində süni göldə (ən yaxın xilasetmə məntəqəsindən təxminən 12 km aralı, nəzarət olunmayan ərazidə) balıq tutarkən 1966-cı il təvəllüdlü Dadaşov Fəqan İslam oğlu batıb.
FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri dərhal əraziyə cəlb olunub və axtarışlara başlayıblar. F.Dadaşovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.