...

Kranlı yük maşını ilə “oynamaq” istəyi minik avtomobilinə baha başa gəldi (VİDEO)

Hadisə Materials 21 Sentyabr 2013 11:07 (UTC +04:00)
“Yol böyüyündür” məsələni unutması minik avtomobilinin sürücüsünə baha başa gəlib.
Kranlı yük maşını ilə “oynamaq” istəyi minik avtomobilinə baha başa gəldi (VİDEO)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir İ.İzzət/

"Yol böyüyündür" məsələni unutması minik avtomobilinin sürücüsünə baha başa gəlib.

Trend xəbər verir ki, Bakıda prospektlərin birində günorta saatlarında minik avtomobili digər yoldan prospektə daxil olarkən yol hərəkəti qaydalarını pozub və hərəkətdə olan kranlı yük maşını ilə toqquşub.

Toqquşma zərbəsindən sonra minik avtomobili istiqamətini 90 dərəcə dəyişərək yolun ortasında, kranlı yük maşını isə toqquşduğu yerdəcə dayanıb. Nəticədə prospektdə digər nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb və tıxac yaranıb.

Qəza zamanı ölən və ciddi xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Trend oxuculara həmin qəzanın video görüntüsünü təqdim edir.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti