...

Abşeronda iki “VAZ” toqquşub: 2 nəfər ölüb, 1 nəfər yaralanıb

Hadisə Materials 1 Oktyabr 2013 13:14 (UTC +04:00)
Abşeron rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı biri Rusiya vətəndaşı olmaqla 2 nəfər ölüb, bir nəfər yaralanıb.
Abşeronda iki “VAZ” toqquşub: 2 nəfər ölüb, 1 nəfər yaralanıb

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İ.İzzət/

Abşeron rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı biri Rusiya vətəndaşı olmaqla 2 nəfər ölüb, bir nəfər yaralanıb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 30-da saat 05.10 radələrində Abşeron rayonu Çaylı kəndinin ərazisində Göyçay rayon sakini Anar Rəcəbovun idarə etdiyi "VAZ-21099" markalı və Abşeron rayon sakini Eldəniz Behbudovun idarə etdiyi "VAZ-2103" markalı avtomaşınlar toqquşub.

Nəticədə Anar Rəcəbovun sərnişinlərindən Göyçay rayon sakini Cahandar Məmmədov hadisə yerində, digər sərnişini, Rusiya Federasiyası vətəndaşı İradə Yaqubi xəstəxanada ölüb. Xəsarət almış Eldəniz Behbudov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti