...

Ötən gecə Bakı yollarında dörd yol qəzası baş verib

Hadisə Materials 8 Oktyabr 2013 10:41 (UTC +04:00)
Oktyabrın 7-dən 8-nə keçən gecə Bakıda dörd yol-nəqliyyat hadisəsi baş verib.
Ötən gecə Bakı yollarında dörd yol qəzası baş verib

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir İ.İzzət/

Oktyabrın 7-dən 8-nə keçən gecə Bakıda 4 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Havanın yağışlı keçdiyi gecə vaxtı baş verən hadisələr zamanı xoşbəxtlikdən ölən olmasa da, 4 nəfər xəsarət alıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri yollarda diqqətli olmağa, avtomobili idarə edərkən hava şəraitini nəzərə almağa və yol hərəkəti qaydalarına riayət etməyə dəvət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti