...

Xətti keçən sürücülərin yol "macəra"ları (VİDEO)

Hadisə Materials 12 Oktyabr 2013 12:46 (UTC +04:00)
Bakıda baş verən yol qəzalarının bir qismi də sürücülərin əhali arasında “qoşa xətt” kimi tanınan üfüqi nişanlanma xəttinin tələbini pozub əks istiqamətli yol zolağına daxil olması səbəbindən baş verir.
Xətti keçən sürücülərin yol "macəra"ları (VİDEO)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir İ.İzzət/

Bakıda baş verən yol qəzalarının bir qismi də sürücülərin əhali arasında "qoşa xətt" kimi tanınan üfüqi nişanlanma xəttinin tələbini pozub əks istiqamətli yol zolağına daxil olması səbəbindən baş verir. Sürücülərin yol hərəkəti qaydalarına və həmkarlarına qarşı bu saymazlığı isə sonda acı nəticələrə gətirib çıxarır.

Trend bu tipli və digər qəzaların video görüntülərini təqdim edərək bir daha sürücüləri yollarda diqqətli olmağa və yol hərəkəti qaydalarına əməl etməyə çağırır.

Qeyd edək ki, bu ilin ilk 9 ayı ərzində Bakı şəhəri ərazisində 755 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş verən qəzalar zamanı 258 nəfər ölüb, 777 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti