...

Biryulevodakı tərəvəz bazasının firma-operatorunun rəhbərinin saxlanılma müddəti 26 saat uzadılıb

Hadisə Materials 17 Oktyabr 2013 15:36 (UTC +04:00)
Bu gün Moskvanın Presnenski məhkəməsi qanunsuz miqrasiyanın təşkili işi üzrə ittiham edilən, Biryulevoda yerləşən meyvə-tərəvəz bazasının operator-təchizatçısı olan "Novie Çeremuşki" QSC-nin İdarə heyətinin sədri Maqomed Çurilovun saxlanılma müddətini daha 26 saat - oktyabrın 18-dək uzadıb.
Biryulevodakı tərəvəz bazasının firma-operatorunun rəhbərinin saxlanılma müddəti 26 saat uzadılıb

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Bu gün Moskvanın Presnenski məhkəməsi qanunsuz miqrasiyanın təşkili işi üzrə ittiham edilən, Biryulevoda yerləşən meyvə-tərəvəz bazasının operator-təchizatçısı olan "Novie Çeremuşki" QSC-nin İdarə heyətinin sədri Maqomed Çurilovun saxlanılma müddətini daha 26 saat - oktyabrın 18-dək uzadıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Xatırladaq ki, Moskvanın Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçi rayondakı "Biryuza" ticarət mərkəzi və "Pokrov" meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti