...

Moskva məhkəməsi Orxan Zeynalovu həbs etdi

Hadisə Materials 17 Oktyabr 2013 17:34 (UTC +04:00)
Moskvanın Presnenski məhkəməsi Yeqor Şerbakovun qətlində şübhəli bilinən Orxan Zeynalovun həbs edilməsi barədə qərar qəbul edib.
Moskva məhkəməsi Orxan Zeynalovu həbs etdi

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Moskvanın Presnenski məhkəməsi Yeqor Şerbakovun qətlində şübhəli bilinən Orxan Zeynalov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edib. Bu barədə Trend İTAR-TASS-a istinadən məlumat verir.

Qeyd edək ki, Azərbaycan vətəndaşı Orxan Zeynalov bu gün keçirilən məhkəmədə Yeqor Şerbakovun qətlində özünü təqsirli bilməyib. O.Zeynalov tərcüməçi vasitəsilə deyib: "Mən ittihamla razı deyiləm. Mən qətlə yetirməmişəm".

Öldürülən moskvalı Yeqor Şerbakovun rəfiqəsi saxlanılan O.Zeynalovu qatil kimi tanıyıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti