...

Tərtərdə “ZİL” dərəyə düşüb, sürücü hadisə yerində ölüb

Hadisə Materials 27 Oktyabr 2013 19:40 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Tərtər rayonunda “ZİL” markalı yük avtomobili idarəetməni itiriərək dərəyə düşüb.
Tərtərdə “ZİL” dərəyə düşüb, sürücü hadisə yerində ölüb

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Tərtər rayonunda "ZİL" markalı yük avtomobili idarəetməni itiriərək dərəyə düşüb.

Trend-in məlumatına görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yük avtomobilinin sürücüsü 1962-ci il təvəllüdlü Xurşudov Neymət Heydər oğlu hadisə yerində vəfat edib.

Xilasedicilər deformasiya uğramış avtomobilindən meyiti təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti