...

Türkiyədə ağır yol qəzası baş verib

Hadisə Materials 30 Oktyabr 2013 12:46 (UTC +04:00)
Türkiyənin Kütahya vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Türkiyədə ağır yol qəzası baş verib

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir R. Hafizoğlu/

Türkiyənin Kütahya vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Trend çərşənbə günü "Anadolu" agentliyinə istinadən məlumat verir.

Məlumata görə, sərnişin avtobusu yük maşını ilə toqquşub. Yol qəzası nəticəsində 17 nəfər xəsarət alıb.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar. Onların hamısı Türkiyə vətəndaşlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti