Azərbaycan, Bakı, 7 noyabr /Trend/
Noyabrın 7-də saat 02:20 radələrində paytaxtın Nizami rayonu, E.Süleymanov küçəsində Bakı şəhər sakini İlham Sarıvəliyev idarə etdiyi "Daewoo" markalı avtomaşını yolun kənarında saxlanılmış Gürcüstan vətəndaşı Eldar Osmanova məxsus "Mercedes" markalı avtomaşına vurub.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə xəsarət almış İ.Sarıvəliyev və sərnişinləri - Yevlax rayon sakini Rauf Həsənov, Bakı şəhər sakinləri Rauf Mahmudov, Rəşad Allahverdiyev, Elmar Yusifov və 30-35 yaşlı kişi xəstəxanaya yerləşdirilib, E.Yusifov orada ölüb.