...

Gəncədə 3 ev yanıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Hadisə Materials 5 May 2014 13:15 (UTC +04:00)
Bu gün saat 09:09-da Gəncənin Kəpəz rayon Yanğından Mühafizə Hissəsinə şəhərin Hacıkənd qəsəbəsində yanğın hadisəsi ilə bağlı məlumat daxil olub.
Gəncədə 3 ev yanıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 5 may /Trend/

Bu gün saat 09:09-da Gəncənin Kəpəz rayon Yanğından Mühafizə Hissəsinə şəhərin Hacıkənd qəsəbəsində yanğın hadisəsi ilə bağlı məlumat daxil olub.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, yanğın nəticəsində fin tiğli 3 ev tam yararsız hala düşüb. Ətrafda olan digər 4 mənzilə isə qismən ziyan dəyib.

Alov o qədər güclü olub ki, qısa zamanda ətrafı bürüyüb. Bu səbəbdən də vətəndaşlar ancaq əşyaları çıxarmağa cəhd ediblər. Ancaq buna nail olmayanlar da olub.

Ev əşylarını çıxarmağa çalışan sakinlər bir sıra çətinliklərlə qarşılaşıblar. Hətta bu zaman tüstüdən boğulanlar da olub. Zəhərlənən şəxslərə kömək məqsədi ilə əraziyə təcili tibbi yardım briqadası da çağırılıb.

Yanğına ilkin səbəb kimi elektrik naqillərindəki qısaqapanma göstərilir. Dəqiq səbəblər araşdırmalardan sonra məlum olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti