...

Bakıda 11 gün əvvəl qətl törətmiş şəxsin 17 yaşı varmış

Hadisə Materials 17 May 2014 14:53 (UTC +04:00)
Bakıda 11 gün əvvəl 63 yaşlı kişini qətlə yetirmiş şəxs tutulub. Trend xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsi birgə məlumat yayıb.
Bakıda 11 gün əvvəl qətl törətmiş şəxsin 17 yaşı varmış

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir İ.İzzət/

Bakıda 11 gün əvvəl 63 yaşlı kişini qətlə yetirmiş şəxs tutulub. Trend xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsi birgə məlumat yayıb.

Paytaxtın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonunda qeyri-aşkar şəraitdə törədilmiş daha bir ağır cinayətin açılması təmin edilib.

Xəbər verildiyi kimi, mayın 6-da 1951-ci il təvəllüdlü Əhmədov Vahid Cəbrayıl oğlunun Yasamal rayonunda kirayədə yaşadığı evdə çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti aşkar edilmiş və faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Baş vermiş hadisə ilə bağlı dərhal hadisə yerinə və meyitə rayon prokurorluğunun müstəntiqinin, prokuror-kriminalistin və tibbi ekspertin işitirakı ilə baxış keçirilib, iş üzrə istintaq-əməliyyat qrupu yaradılaraq cinayəti törətmiş şəxsin, hadisənin şahidlərinin müəyyən edilməsi istiqamətində məqsədyönülü intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Zəruri telefon danışıqlarına dair məlumatları əldə etmək məqsədi ilə sorğular verilərək müvafiq cavablar alınıb, hadisə baş vermiş ünvana yaxın ərazidə quraşdırılmış təhlükəsizlik kameralarından görüntülər, hadisə yerindən sübut əhəmiyyətinə malik olacaq paltarlar, əşya və dəlillər maddi sübut kimi götürülüb, ölümün səbəblərini müəyyən etmək üçün iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib.

Həyata keçirilmiş intensiv və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin 1997-ci il təvəllüdlü Yunusov Vüqar Rəşid oğlu tərəfindən törədilməsi müəyyən edilib və o, şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti