...

Bakıda oğurluq dövlət qeydiyat nişanları ilə idarə edilən avtomobil saxlanılıb

Hadisə Materials 23 May 2014 13:07 (UTC +04:00)
Oğurluq dövlət qeydiyat nişanları ilə idarə edilən avtomobil saxlanılarkən sürücüsü avtomobildən düşərək hadisə yerindən qaçıb.
Bakıda oğurluq dövlət qeydiyat nişanları ilə idarə edilən avtomobil saxlanılıb

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İzzət/

Oğurluq dövlət qeydiyat nişanları ilə idarə edilən avtomobil saxlanılarkən sürücüsü avtomobildən düşərək hadisə yerindən qaçıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DİN-in Təhlükəsiz Şəhər Xidməti (TŞX), Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yols Polisi İdarəsi (BDYPİ) və Səbail Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 16-da Esmira Həşimovaya məxsus avtomobildən oğurlanmış 99 ES 993 dövlət qeydiyat nişanları ilə idarə edilən "Hyundai" markalı avtomobil Cavadxan küçəsində saxlanılarkən sürücü avtomobildən düşərək hadisə yerindən qaçıb.

Araşdırmalar nəticəsində saxlanılmış avtomobilin Şəki rayon sakini Məmməd Məmmədova məxsus olması müəyyən edilib.

Avtomobilin yük yerinə baxış zamanı müxtəlif markalı avtomobillərə məxsus 3 ədəd dövlət qeydiyyat nişanları da aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti