...

Bakıda son iki gündə yol-nəqliyyat hadisələri 4 nəfərin ölümü ilə nəticələnib

Hadisə Materials 2 İyun 2014 12:40 (UTC +04:00)
Bakıda son iki gündə yol-nəqliyyat hadisələri 4 nəfərin ölümü ilə nəticələnib, 6 nəfər xəsarət alıb.
Bakıda son iki gündə yol-nəqliyyat hadisələri 4 nəfərin ölümü ilə nəticələnib

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Bakıda son iki gündə yol-nəqliyyat hadisələri 4 nəfərin ölümü ilə nəticələnib, 6 nəfər xəsarət alıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 1-i saat 21 radələrində Nizami rayonu, Rüstəmov küçəsində Bakı şəhər sakinləri - 1975-ci il təvəllüdlü Ceyhun İsmayılovun idarə etdiyi "Lada Priora" və 1987-ci il təvəllüdlü Zahid Hacıyevin idarə etdiyi "Opel Vektra" markalı avtomobillər toqquşub. Nəticədə C.İsmayılov, sərnişinləri - 1966-cı il təvəllüdlü Oqtay Cabbarov, 1994-cü il təvəllüdlü Fərid Kərimov, Z.Hacıyev, sərnişinləri - Astara rayon sakinləri 1987-ci il təvəllüddən olanlar İlyas Nuriyev, Ziyarət Mirzəyev və 1992-ci il təvəllüdlü Ceyhun Hacıyev xəsarətlə 3 saylı xəstəxanaya yerləşdirilib, C.İsmayılov isə aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb.

İyunun 1-də Səbail rayonu Salyan yolu küçəsində Bakı şəhər sakinləri 1993-cü il təvəllüdlü Samir Kazımov idarə etdiyi "İnfiniti" markalı avtomobillə 1946-cı il təvəllüdlü Habil Tağıyevi vurub və o, aldığı xəsarətdən hadisə yerində ölüb.

Mayın 31-də saat 12:20 radələrində Xətai rayonu Zığ yolunda Bakı şəhər sakinləri - 1984-cü il təvəllüdlü Hikmət Qoçuyev idarə etdiyi "BMW" markalı avtomobillə 1940-cı il təvəllüdlü Əlimşah Mustafayevi vurub, nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Mayın 31-i saat 13 radələrində Suraxanı rayonu Hövsan-Türkan yolunun 6-cı km-də Sumqayıt şəhər sakini 1992-ci il təvəllüdlü Nicat Fərmanzadə idarə etdiyi "VAZ-21015" markalı avtomobillə Bakı şəhər sakini 1951-ci il təvəllüdlü Valentina Qaliyevanı vurub, nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti