...

Qaradağda "NİSSAN" markalı avtomobil kanala aşıb, ölən və yaralanan var

Hadisə Materials 8 İyun 2014 18:50 (UTC +04:00)
Qaradağda "NİSSAN" markalı avtomobil kanala aşıb, ölən və yaralanan var.
Qaradağda "NİSSAN" markalı avtomobil kanala aşıb, ölən və yaralanan var

Azərbaycan, Bakı, 8 iyun /Trend /

Qaradağda "NİSSAN" markalı avtomobil kanala aşıb, ölən və yaralanan var.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Qaradağ rayonunda "NİSSAN" markalı minik avtomobili yoldan çıxaraq yol kənarında olan yağış sularının toplandığı kanala aşıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücüsü ölüb və 1 nəfər sərnişin deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər sərnişini müvafiq qaydada nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Xəbər lenti

Xəbər lenti