...

Tərtər sakinindən 5 kq-a yaxın qurudulmuş marixuana götürülüb

Hadisə Materials 21 İyun 2014 17:36 (UTC +04:00)
Tərtər polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsi saxlayıb.
Tərtər sakinindən 5 kq-a yaxın qurudulmuş marixuana götürülüb

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Tərtər polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsi saxlayıb.

Trend El TV-yə istinadən məlumat verir ki, bu, rayonun Sarov kənd sakini Kamal Əkbərovdur. Onun evindən və yardımçı tikilidən ümumilikdə 5 kiloqrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb.

K.Ələkbərov narkotik vasitəni çay kənarından yığaraq qurutduğunu deyib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti