Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İlkin İzzət/
Ağstafa Dəmir Yolu Stansiyasının ərazisində 8 vaqon aşıb.
Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyunun 23-də saat 07 radələrində Ağstafa Dəmir Yolu Stansiyasının ərazisində 8 vaqon (onlardan 5-nin yükü sement, 3-ü isə boş olmuşdur) aşıb.
Yük dağılmayıb, vaqonların relsə qaldırılması üçün tədbirlər görülür.