...

Lənkəranda "VAZ" çəpərə çırpılıb, sürücü ölüb

Hadisə Materials 26 İyun 2014 12:20 (UTC +04:00)
Lənkəranda avtomobil çəpərə çırpılıb.
Lənkəranda "VAZ" çəpərə çırpılıb, sürücü ölüb

Azərbaycan, Bakı, 26 iyun /Trend/

Lənkəranda avtomobil çəpərə çırpılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Lənkəran rayonu, Liman şəhərində "VAZ" markalı minik avtomobili idarəetməni itirərək çəpərə çırpılıb. Nəticədə nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. Avtomobildə olan sərnişin 1984-cü il təvəllüdlü Elnur Xanoğlan oğlu Sultanov aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış E.Sultanovun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti