...

Lerik və Gəncədə 10 tona yaxın çətənə və xaş-xaş kolları aşkar edilib

Hadisə Materials 26 İyun 2014 13:10 (UTC +04:00)
Lerik və Gəncə şəhərlərinin ərazilərindən yabanı halda bitmiş çətənə və xaş-xaş kolları aşkar edilərək məhv edilib.
Lerik və Gəncədə 10 tona yaxın çətənə və xaş-xaş kolları aşkar edilib

Azərbaycan, Bakı, 26 iyun /Trend/

Lerik və Gəncə şəhərlərinin ərazilərindən yabanı halda bitmiş çətənə və xaş-xaş kolları aşkar edilərək məhv edilib.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Lerik RPŞ əməkdaşları tərəfindən rayonun Mistan kəndi ərazisindən yabanı halda bitmiş, ümumi çəkisi 7,5 ton olan 17 min ədədə yaxın xaş-xaş kolu, Kəpəz RPİ əməkdaşları tərəfindən isə Gəncə şəhərinin ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 2 tondan çox 1800 ədədə yaxın çətənə kolu aşkar edilərək məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti