...

Kirayədə yaşadığı evdə narkotik becərən Gəncə sakini saxlanılıb

Hadisə Materials 17 İyul 2014 12:38 (UTC +04:00)
Gəncə şəhər Baş Polis İdarəsinə şəhər sakini 57 yaşlı Namiq Musayevin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olub.
Kirayədə yaşadığı evdə narkotik becərən Gəncə sakini saxlanılıb

Azərbaycan, Bakı, 17 iyul /Trend/

Gəncə şəhər Baş Polis İdarəsinə şəhər sakini 57 yaşlı Namiq Musayevin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olub.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, əməliyyat keçirən polis məlumatın doğru olduğunu üzə çıxarıb. Musayevin kirayədə yaşadığı Əziz Əliyev küçəsi, 323 saylı evin həyətindən aqrotexniki qaydada qulluq edilərək becərilən ümumi çəkisi 251 kiloqram olan 502 ədəd nartokit tərkibli bitki aşkarlanıb.

Bundan başqa, Namiq Musayevin daimi yaşadığı Ozan küçəsi, 108 saylı evdən də bir kibrit qutusu marixuana götürülüb.

Qeyd edək ki, Namiq Musayev bir neçə dəfə məhkumluq həyatı yaşayıb. Ümumilikdə o, ömrünün 21 ilini dəmir barmaqlıqlar arxasında keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti