...

İrandan gələn azərbaycanlı ananın və qızının üzərində narkotik vasitələr tapılıb

Hadisə Materials 18 İyul 2014 17:38 (UTC +04:00)
İrandan gələn azərbaycanlı ananın və qızının üzərində narkotik vasitələr aşkar edilib.
İrandan gələn azərbaycanlı ananın və qızının üzərində narkotik vasitələr tapılıb

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İlkin İzzət/

İrandan gələn azərbaycanlı ananın və qızının üzərində narkotik vasitələr aşkar edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Elnazə Dadaşova və qızı Şəlalə Dadaşovanın üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı E.Dadaşovadan bir ədəd bağlamada xalis çəkisi 17,61 qram, Ş.Dadaşovadan isə bir ədəd bağlamada xalis çəkisi 21,81 qram olan narkotik vasitə - marixuana və üç ədəd bağlamada ümumi xalis çəkisi 100,486 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

Faktla əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti