Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir İlkin İzzət/
Avqustun 5-də Azərbaycanda 2 azyaşlı uşaq binadan yıxılıb, onlardan biri ölüb, biri isə xəsarət alıb.
Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, avqustun 5-də Sumqayıt şəhər sakini, azyaşlı Sivri Məhəmməd yaşadığı 5 mərtəbəli binanın 3-cü mərtəbəsindən yıxılıb. Uşaq xəstəxanaya yerləşdirilib.
Həmin gün daha bir oxşar hadisə Abşeron rayonu Masazır qəsəbəsində baş verib Qəsəbədəki "Gənclər" şəhərciyində yaşayan azyaşlı Cavidan Abdullayeva yaşadığı 12 mərtəbəli binanın 6-cı mərtəbəsindən yıxılaraq ölüb.
Qeyd edək ki, C. Abdullayeva "Şərq" qəzetinin redaktoru Anar Bayramoğlunun qızıdır.