Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir Elçin Mehdiyev/
Bu gün Lerikdə zəlzələ baş verib.
Trend AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 12:27-də Lerik ərazisində qeydə alınıb.
Dərinliyi 20 km, maqnitudası 3,6 olan yeraltı təkanlar episentrdə 4 bal, ətraf yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.