Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İlkin İzzət/
Sumqayıt şəhəri ərazisində baş verən yol qəzası ölümlə nəticələnib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 27-də saat 14 radələrində Sumqayıt şəhəri ərazisində Köhnə Kotec qəsəbə sakini Aslan İbrahimovun idarə etdiyi "Hyundai" və Neftçala rayon sakini Nurlan Manafovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. A.İbrahimov hadisə yerində ölüb.
Faktla əlaqədar Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.