Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İlkin İzzət/
Şabran rayonunda meşədə yanğın baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Şabran rayonu Kilvar kəndində, rayon mərkəzindən 26 km aralıda, meşə ərazisində 1 ha sahədə kol-kos, quru ot və ağaclar yanıb.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 2 ədəd yanğınsöndürmə avtomobili, 15 nəfər yanğınsöndürən və 25 nəfər meşə təsərrüfatı işçisi cəlb olunub. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.
Qeyd edək ki, Azərbaycanda gün ərzində Şəki rayonundakı meşə massivində və Lənkərandakı Hirkan Milli Parkında da yanğınlar baş verib.