Azərbaycan, Bakı, 29 sentyabr /Trend/
Türkiyədə universitetlərin birində rektorluq binası dağılıb.
Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, Uşak şəhərində yerli universitetin tikilməkdə olan rektorluq binası dağılıb.
Dağıntılar altından iki işçi çıxarılıb. Onların vəziyəti ağır qiymətləndirilir.