...

Tovuz sakini Ermənistanla sərhəddə minaya düşdü (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 7 Oktyabr 2014 11:35 (UTC +04:00)
Tovuzda mal-qarasını axtaran Əsrik-Cırdaxan kənd sakini, 59 yaşlı Bayram Süleymanov minaya düşüb.
Tovuz sakini Ermənistanla sərhəddə minaya düşdü (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Tovuzda mal-qarasını axtaran Əsrik-Cırdaxan kənd sakini, 59 yaşlı Bayram Süleymanov minaya düşüb.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, axşam saatlarında iribuynuzlu heyvanlarının həyətə gəlmədiyini görən kənd sakini Ermənistanla sərhəd əraziyə keçib və nəticədə minalanmış ərazidə güclü partlayış baş verib.

Hadisə zamanı sağ ayağını itirən B.Süleymanovu hərbçilər Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar.

Həkim Kəmaləddin Abbasov jurnalistlərə bildirib ki, xəstənin sağ ayağı travmatik amputasiya olunub: "Eyni zamanda, bədəninin bir neçə yerindən müxtəlif ölçülü qəlpə yaraları almışdı. Xəstə ağır travmatik şoktadır. Xeyli qan itirib. Yardım göstərilib".

Yaralı xəstəxanaya gətirilərkən xeyli qan itirdiyinə görə dərhal qanvermə aksiyası təşkil olunub. Hərbçilərin və xəstənin yaxınlarının qan verməsindən sonra B.Süleymanovun həyatına olan təhlükə sovuşub.

Hazırda yaralı Tovuz Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində müalicə olunur. Vəziyyəti orta ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti