...

Qadın məhkum ərinə narkotik ötürmək üçün qeyri-adi üsula əl atıb (FOTO)

Hadisə Materials 10 Oktyabr 2014 19:52 (UTC +04:00)
Baxış zaman qadının alt paltarında gizlətdiyi 1 ədəd sellofana bükülmüş xalis çəkisi 18,45 qram olan narkotik vasitə - marixuana aşkar edilərək götürülüb.
Qadın məhkum ərinə narkotik ötürmək üçün qeyri-adi üsula əl atıb (FOTO)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

2 saylı cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirmək cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Ağamusa Hüseynağa oğlu Bağırovun yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı, Bakı şəhəri, Maştağa qəsəbəsi, Sabir küçəsi, döngə 2, ev 8 ünvanında yaşayan vətəndaş Minayə Əbdülməmməd qızı Bağırovanın üzərinə və gətirdiyi sovqata baxış keçirilib.

Baxış zaman qadının alt paltarında gizlətdiyi 1 ədəd sellofana bükülmüş xalis çəkisi 18,45 qram olan narkotik vasitə - marixuana aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, A.Bağırov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrinə əsasən azadlıqdan məhrum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti