Azərbaycan, Bakı, 3 noyabr /Trend/
Qanunsuz miqrantların olduğu gəmi bu gün səhər saatlarına İstanbul sahillərində qəzaya uğrayıb, ən azı 24 nəfər ölüb, təqribən 10-u isə itkin düşüb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, gəminin göyərtəsində ümumilikdə 30-40 nəfər olub.
Onların əksəriyyəti qanunsuz olaraq Rumıniyaya getmək istəyən Əfqanıstan vətəndaşlarıdır.
Məlumata görə, ölənlərin çoxu uşaqlardır. Onların yaşı dəqiqləşdirilir. İndiyə kimi 5 nəfəri xilas etmək mümkün olub. Xilasetmə işlərinə dalğıclar və xüsusi vertolyotlar cəlb olunub. Yerli balıqçılar da fəal yardım göstərirlər.