...

“Muxtar” İrandan gələn avtomobildə tiryək tapıb

Hadisə Materials 14 Noyabr 2014 12:58 (UTC +04:00)
Azərbaycan gömrük iti İrandan gələn yük avtomobilində narkotik vasitə tapıb.
“Muxtar” İrandan gələn avtomobildə tiryək tapıb

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycan gömrük iti İrandan gələn yük avtomobilində narkotik vasitə tapıb.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından (İİR) Azərbaycan Respublikasına "polietilen" yükü gətirən İİR vətəndaşı Lotfollahzadeh Mahdı Asadollah oğlunun idarə etdiyi "Scania" markalı yük avtomobilinə "Muxtar" ləqəbli kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.

Baxış zamanı xidməti it avtomobilin kabinində ön panelin orta hissəsinə reaksiya verib. Bundan sonra avtomobilin kabininə əsaslı baxış keçirilib və kabində sürücü oturacağının sağ tərəfi istiqamətində, ön panelin orta hissəsindən gömrük nəzarətindən gizlədilmiş külli miqdarda narkotik vasitə-tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti