...

Bakıda avtomobil dirəyə və çəpərə çırpılıb, ölən var

Hadisə Materials 14 Noyabr 2014 17:13 (UTC +04:00)
Qaradağda qəzaya uğrayan avtomobilin 30 yaşlı sürücüsü ölüb.
Bakıda avtomobil dirəyə və çəpərə çırpılıb, ölən var

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İlkin İzzət/

Qaradağda qəzaya uğrayan avtomobilin 30 yaşlı sürücüsü ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobili yol kənarındakı işıq dirəyinə və yolayırıcı dəmir çəpərlərə çırpılıb.

Hadisə yerinə cəlb olunmuş xilasedicilər sürücü - 1985-ci il təvəllüdlü İsgəndərov Natiq Zirəddin oğlunun cəsədini deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 15:04-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti