...

Bakıda tapança ilə gəzən Ağcabədi sakini saxlanılıb

Hadisə Materials 23 Yanvar 2015 13:54 (UTC +04:00)
Ağcabədi rayon sakinindən “Makarov” markalı tapança və 1 ədəd patron götürülüb.
Bakıda tapança ilə gəzən Ağcabədi sakini saxlanılıb

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İlkin İzzət/

Ağcabədi rayon sakinindən "Makarov" markalı tapança və 1 ədəd patron götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Çevik Polis Alayı və Xətai rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayon sakini Adil Quliyevdən "Makarov" markalı tapança və 1 ədəd patron götürülüb.

Faktla əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti