...

Bakıda mənzildən partlayıcı maddə və silah-sursat tapılıb

Hadisə Materials 19 Fevral 2015 14:28 (UTC +04:00)
Bakıda kirayədə yaşayan Saatlı sakininin mənzilindən partlayıcı maddə, silah və sursat aşkar edilərək götürülüb.
Bakıda mənzildən partlayıcı maddə və silah-sursat tapılıb

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İlkin İzzət/

Bakıda kirayədə yaşayan Saatlı sakininin mənzilindən partlayıcı maddə, silah və sursat aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində kirayədə yaşayan Saatlı rayon sakini Bakir Əliyevin mənzilindən 400 qram trotil şaşkası, 1 ədəd patron darağı və 30 ədəd avtomat patronu aşkar edilərək götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti