Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İlkin İzzət/
Oğurluq etmiş Bakı şəhər sakini tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 9-da Fidan İmaməliyevaya məxsus içərisində 2200 manatı və bankomat kartları olan çanta oğurlanıb.
Nizami rayon Polis İdarəsi 24-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etmiş Bakı şəhər sakini Bənövşə Orucova tutulub.