...

İstilər gəldikcə yanğınlar da intensivləşir

Hadisə Materials 31 May 2015 01:23 (UTC +04:00)
Bu gün Azərbaycan ərazisində daha iki yanğın hadisəsi baş verib
İstilər gəldikcə yanğınlar da intensivləşir

Azərbaycan, Bakı, 31 may /Trend/

Bu gün Azərbaycan ərazisində daha iki yanğın hadisəsi baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sumqayıt şəhərində yarimstansiyasının kabelləri 5 p.m və ətrafda olan məişət tullantıları 15 kv.m sahədə yanıb. Yarımstansiya yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğın hadisəsi isə Saatlı rayonunda baş verib. Rayonun Dədə Qorqud kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə yığılmış 6 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti