Azərbaycan, Bakı, 1 avqust /Trend/
Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ötən gün Sesar departamentində qəzaya düşüb, 12 hərbçi həlak olub. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, bu barədə ölkə prezidenti Xuan Manuel Santos xəbər verib.
O bildirib ki, qəza faktı Kolumbiya Mülki Aviasiya İdarəsi tərəfindən təsdiqləyib.
"El Colombiano" qəzetinin dəqiqləşdirdiyi məlumata görə, şahidlər təyyarənin havada yanmağa başladığını, sonra 3 hissəyə parçalanaraq yerə düşdüyünü iddia ediblər.
Hadisə yerinə çox sayda hərbçilərin gəldiyi bildirilir.
Qəzanın başvermə səbəbləri hələlik məlum deyil.