...

İtkin düşən taksi sürücüsünün meyiti tapıldı (VİDEO)

Hadisə Materials 15 Avqust 2015 11:58 (UTC +04:00)
Azərbaycanda itkin düşən taksi sürücüsünün qətlə yetirildiyi məlum olub.
İtkin düşən taksi sürücüsünün meyiti tapıldı (VİDEO)

Azərbaycan, Bakı, 15 avqust /Trend/

Azərbaycanda itkin düşən taksi sürücüsünün qətlə yetirildiyi məlum olub.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan Göyçay rayon sakinini öldürən şəxslər tutulub.

Qeyd edək ki, rayonun Çayarxı kənd sakini, 60 yaşlı Cavid İsayev idarə etdiyi 10-MM-203 dövlət nömrə nişanlı, "Mercedes" markalı şəxsi minik avtomobili ilə avqustun 3-də axşam saatlarında Bakıdan Göyçaya müştəriləri gətirərkən naməlum şəkildə itkin düşmüşdü.

Ölkənin bütün şəhər və rayonlarının polis əməkdaşları tərəfindən itkin düşən şəxsin, onun avtomobilinin və qatillərinin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə hadisəni törətməkdə şübhəli bilinən Samux rayon sakini 21 yaşlı Akif Hacıyev və 31 yaşlı Bərdə rayon sakini Elvin Quliyev tutularaq istintaqa təhvil verilib.

"Mercedes" markalı avtomobil Ağcabədi rayonunun Hindarx kəndi ərazisindən, sürücü Cavid İsayevin meyiti isə Abşeron rayonunun Pirəküşkül qəsəbəsi ərazisində tapılıb. Hadisənin tamah məqsədilə törədildiyi bildirilib.

Məlumata görə, cinayətkarlar sürücünü öldürərək quldurluq yolu ilə əldə etdikləri avtomobili əvvəlcə satmaq istəyiblər. Niyyətləri alınmadığı üçün avtomobili Ağcabədidə kimsəsiz bir yerə ataraq qaçıblar.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti