Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir İlkin İzzət/
Xilasedicilər dəznidə boğulmuş 20 yaşlı gəncin cəsədini sudan çıxarıblar.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə, "Bilgəh" sularda xilasetmə məntəqəsindən, təxminən, 700 m aralı, nəzarət olunmayan ərazidə batmış 1995-ci il təvəllüdlü Əliyev Əli Əlizaman oğlunun axtarışları başa çatıb.
Ə.Əliyevin cəsədi nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 09:36-da başa çatıb.