Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir Elmir Murad/
Qubada odlu silah və patron satmaq istəyən şəxs saxlanılıb.
Trend Region TV-yə istinadən xəbər verir ki, daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində daha bir uğurlu əməliyyat həyata keçirilib.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Quba rayon sakini Əli Musayevdə odlu silah olması barədə məlumat daxil olub. Həyata keçirilən tədbirlərlə Ə.Musayev "Toz 8" modelli ov tüfəngini 7 ədəd patronu ilə birlikdə 1000 manata satmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, istintaq davam edir.