...

Azərbaycanlı qadının narkotiki daxili orqanında gömrükdən gizlətmək cəhdi baş tutmadı

Hadisə Materials 23 Sentyabr 2015 11:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycanlı qadının narkotiki daxili orqanında gömrük nəzarətindən gizlətmək cəhdi baş tutmayıb.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Kəmalə Məmmədovanın üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı ondan 3 ədəd bükümdə, ümumi xalis çəkisi 17,99 qram olan narkotik vasitə - heroin aşkar olunub.

İlkin araşdırma zamanı K.Məmmədova izahatında bildirib ki, aşkar edilən narkotik maddə onunla eyni tarixdə İrandan Azərbaycana piyada gələn qaynı Elman Vəliyevə məxsusdur. Öz növbəsində, E.Vəliyev aşkar edilən heroinin həqiqətən də ona məxsus olduğunu, onu İrandan əldə etdiyini və qardaşının həyat yoldaşı K.Məmmədovaya onu daxili orqanında gizlədərək gömrük sərhədini keçməsini məsləhət gördüyünü etiraf edib.

Faktla bağlı təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti