...

Paytaxtda mənzilləri qarət edən keçmiş məhkum tutulub

Hadisə Materials 7 Noyabr 2015 12:44 (UTC +04:00)
Bakı şəhərində vətəndaşların mənzillərinə dələduzluqla girib oğurluq edən keçmiş məhkum həbs olunub.
Paytaxtda mənzilləri qarət edən keçmiş məhkum tutulub

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Bakı şəhərində vətəndaşların mənzillərinə dələduzluqla girib oğurluq edən keçmiş məhkum həbs olunub.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Nərimanov RPİ Cinayət Axtarış Şöbəsi və 17-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 18-də saat 14 radələrində A.Nemətulla küçəsində Aynur İmamverdiyevanın mənzilinə su idarəsinin işçisi kimi daxil olmaqla dolabdan 700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1981-ci il təvəllüdlü Vüsal Akif oğlu Qənbərov tutulub.

Şübhəli şəxs ətrafında keçirilən ilkin əməliyyat-axtarış, istintaq tədbirləri ilə müəyyən olunub ki, o, iyunun 29-da saat 13 radələrində özünü usta kimi təqdim etməklə Azadlıq prospektində 1934-cü il təvəllüdlü Şərqiyə Tağıyevanın mənzilindən, 190 manat pul və iki ədəd qızıl bilərzik, avqustun 19-da saat 13 radələrində Nizami rayonunda Q.Qarayev prospektində 1969-cu il təvəllüdlü Vaqif Zeynalovaya özünü istilik idarəsinin işçisi kimi təqdim etməklə mənzildən, 10000 manat və qızıl boyunbağı, oktyabrın 5-də saat 11:45 radələrində Nəsimi rayonu M.Qardaşları küçəsində 1982-ci il təvəllüdlü Aysel Cennerə özünü qonşu kimi təqdim edib qızdırıcıya baxmaq adı ilə mənzildən, 2 ədəd qızıl bilərzik, oktyabrın 26-da saat 13 radələrində H.Cavid prospektində 1942-ci il təvəllüdlü Tamella Hacıyevaya özünü qaz idarəsinin işçisi kimi təqdim etməklə qızıl-zinət əşyalarını talayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti