...

Goranboyda bina yanıb

Hadisə Materials 9 Noyabr 2015 09:41 (UTC +04:00)
Goranboy rayonunda binada yanğın hadisəsi baş verib.
Goranboyda bina yanıb

Azərbaycan, Bakı, 9 noyabr /Trend, müxbir Elmir Murad/

Goranboy rayonunda binada yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə daxil olan məlumata görə, hazırda fəaliyyət göstərməyən, ümumi sahəsi 312 kv.m olan ikimərtəbəli inzibati binanın çardağının yanar konstruksiyaları 0,5 kv.m sahədə yanıb.

Hadisə yerinə gələn Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının səyləri nəticəsində binanın qalan hissəsini yanğından mühafizə etmək mümkün olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti